Bakı şəhəri, Yeni Günəşli qəsəbəsindəki dairəvi yolda yeni xətlənmə işləri görüldükdən sonra şəhərə gedişin bir zolaq olduğu iddia edilib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Qaraçuxur və Yeni Günəşli qəsəbələrindən gələn nəqliyyat vasitələri şəhərə, metronun "Xalqlar Dostluğu" stansiyası tərəfə getmək üçün həmin bir zolağa girib hərəkət etmək məcburiyyətindədirlər:
"Bu da həmin yerdə avtomobillərin yığılmasına, sıxlığın və sonda tıxacın əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə, zolaqlar tam və sona qədər çəkilməyiblər. Dairəvi yolda tənzimlənmə üçün işıqfor və ya başqa vasitələr olmalıdır. Metronun "Xalqlar Dostluğu" stansiyasından Günəşli qəsəbəsinə gedən yolun dar bir hissəsində "QAZel" markalı bir maşında qarpız satışı aparılır. Bu da elə sıx olan yolun daha da daralmasına gətirib çıxarır".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, İlqar Musayev küçəsində dəyişikliklər edilməyib:
"Küçənin hər iki çıxışında, yolun hərəkət hissəsinin eni imkan verən sahələrdə nəqliyyat axınına uyğun olaraq 3 hərəkət zolağı təşkil edilib. Yolun digər hissələri isə ümumilikdə 2 zolaqlı saxlanılıb (bir gediş, bir gəliş), mövcud en göstəriciləri əlavə zolağın yaradılmasına imkan vermir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:59 / 16.07.2026
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO
Hazırda oxunan: Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO
Hazırda oxunan: Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO
625670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































