Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Hazırda oxunan: Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

625676

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya işgüzar səfəri çərçivəsində iri Çin yüksək texnologiyalı şirkətlərinin rəhbərləri ilə keçirilən dəyirmi masa toplantısında imzalanmış kommersiya sənədlərinin mübadilə mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, Qazaxıstan mətbuatının verdiyi məlumata görə, dövlət başçısının Çinə işgüzar səfəri zamanı ümumi dəyəri 15 milyard dollardan çox olan 70-dən çox kommersiya sazişi imzalanıb.

Sazişlər süni intellekt, rəqəmsallaşma, nəqliyyat infrastrukturu, maliyyə, aqrar-sənaye kompleksi, maşınqayırma və digər yüksək texnologiyalı sahələri əhatə edir.

Əsas sənədlər sırasında Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi ilə "Huawei Technologies" arasında strateji tərəfdaşlıq sazişi var. Həmçinin, "Huawei" "Samruk-Kazına" SC ilə texnoloji həllərin və avadanlıqların alınması barədə saziş imzalayıb.

Digər bir memorandum elektrikli avtomobillərin infrastrukturunun inkişafı və Qazaxıstanın avtomobil sənayesində süni intellektin tətbiqinə aiddir. Bu sənədi "Samruk-Kazına" SC, "Freedom Holding Corp", Astana şəhərinin akimatı və "Geely Auto Group" imzalayıb.
 

Avtomobil sahəsində, həmçinin Qazaxıstanda "Li Auto" avtomobillərinin istehsalı, eləcə də "Astana Motors Manufacturing Kazakhstan" zavodunda "OMODA" və "JAECOO" avtomobillərinin buraxılışı üzrə texniki-lisenziya sazişləri imzalanıb.


Sənədlərin ayrı bir bloku nəqliyyat və logistika ilə bağlıdır. Xüsusilə, Kurık limanının çoxfunksiyalı terminalının birinci növbəsinin tikintisinə investisiya qoyuluşu haqqında saziş imzalanıb.

Həmçinin, tərəflər Qazaxıstan-Çin beynəlxalq logistika dəhlizi layihəsi üzrə əməkdaşlıq barədə razılığa gəliblər.

Sənaye sahəsində "Qarmet" SC, Qazaxıstan İnkişaf Bankı və Çinin "Acre Coking & Refractory Engineering Consulting Corporation" şirkəti 8 və 9 nömrəli koks batareyalarının, habelə koks qazının təmizlənməsi sisteminin tikintisi üzrə uzunmüddətli strateji əməkdaşlıq sazişi bağlayıblar.
 

Rəqəmsal infrastruktur sahəsində "Kazakhtelecom" SC və "HV & Submarine Hengtong Group" "Məlumat mərkəzləri vadisi"nin inkişafı çərçivəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş imzalayıblar.


Bundan əlavə, süni intellekt və robot texnikasının inkişafı üzrə də sənədlər imzalanıb. Onların sırasında "Qazbot Technologies" ilə "Agibot PTE" arasında saziş, "Qazaq AI Research University" ilə "Shanghai Innovation Institute" arasında memorandum, habelə Almatıda şəhər akimatı, "NERO Group" və "UBTECH Robotics"-in iştirakı ilə süni intellekt və robot texnikası sahəsində əməkdaşlıq sazişi var.

Bundan başqa, maliyyə sahəsində, keçid məntəqələrinin yoxlama avadanlıqları ilə təchiz edilməsi, sənaye lokallaşdırılması, antena-qüllə qurğularının tikintisi və digər istiqamətlərdə sazişlər imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO