Amerikanın "Beartooth" metalkor qrupunun solisti Kaleb Şomo və həyat yoldaşı Fler Şomo, musiqiçinin gey olduğunu ictimaiyyətə açıqlamasından təxminən iki ay sonra rəsmi boşanma prosesinə başlayıblar.
Bizim.Media xəbər verir ki, "Page Six" nəşrinin məlumatına görə, cütlük Los-Anceles Ali Məhkəməsinə birgə boşanma ərizəsi təqdim edib. Cütlüyün övladı yoxdur.
Kaleb və Fler 2012-ci ilin aprelində evləniblər və 14 il birlikdə yaşayıblar. Bu ilin may ayında 33 yaşlı musiqiçi seksual oriyentasiyası haqqında ilk dəfə danışdığı emosional bir açıqlama yayıb.
"Qürurla deyə bilərəm ki, mən geyəm", - deyə artist o zaman yazmışdı.
Həyat yoldaşının gözlənilməz etirafına baxmayaraq, Fler onu ictimai şəkildə dəstəkləyib. O, bu xəbərin onun üçün ağrılı və çaşdırıcı olduğunu etiraf etsə də, Kalebdən hörmətlə bəhs edib və pərəstişkarlarından da eyni münasibəti göstərmələrini xahiş edib.
Daha sonra "Disrespectfully" podkastında musiqiçi həyat yoldaşı ilə söhbətinin nə qədər çətin keçdiyindən danışıb.
"Sadəcə hönkür-hönkür ağlayırdım və sözləri seçməyə çalışırdım. Çox qorxurdum", - deyə Şomo xatırlayıb.
Kaminq-autdan (özünü açıqladıqdan) sonra musiqiçi psixoterapiyaya getməyə başlayıb və özünü qəbul etmək üçün hələ uzun bir yolun olduğunu bildirib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:07 / 16.07.2026
Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar
Hazırda oxunan: Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar
Hazırda oxunan: Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar
625672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































