Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

Hazırda oxunan: Messi DÇ-2026-ya hazırlıqdan danışdı: "Bütün il boyu çalışdım"

625622

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatına (DÇ-2026) necə hazırlaşdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Messi bildirib ki, turnirə ən yaxşı formada gəlmək üçün bir il ərzində hər gün, həm səhər, həm də axşam məşq edib:

"Bütün dekabr ayını Argentinada keçirdim, səhər-axşam məşq edirdim. Bura maksimum hazır gəlmək üçün əlimdən gələni etdim".

Futbolçu etiraf edib ki, 2026-cı ilə qədər olan dövrdə bəzi şübhələri olub və baş məşqçi Skaloni ilə bu barədə müzakirələr aparıb.

Xatırladaq ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. İngiltərənin qolunu Entoni Qordon vursa da, Enzo Fernandes hesabı bərabərləşdirib, Lautaro Martines isə 90+2-ci dəqiqədə qələbə qoluna imza atıb.

İyulun 19-da Nyu-Yorkda keçiriləcək final matçında Argentina Fransa üzərində 2:0 hesablı qələbə qazanan İspaniya yığması ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO