
- A-
- A
- A+
Ukrayna Rusiyanın “kölgə donanması”nın tankerlərini belə vurdu – ANBAAN VİDEO
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dəniz pilotsuz aparatları Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid iki neft tankerinə sarsıdıcı zərbələr endirib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində sanksiyalardan yan keçərək Rusiya neftini daşıyan "Louise 1" və "Banda" gəmiləri hədəf alınıb.
Dənizdə baş verən bu xüsusi əməliyyat zamanı Rusiya hərbi aviasiyası Ukrayna dronlarını məhv etmək üçün havaya qaldırılıb.
Rus hərbi təyyarələri və helikopterləri suüstü pilotsuz aparatları pulemyot atəşinə tutaraq və üzərilərinə bombalar yağdıraraq sıradan çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər.
SBU dronları rus ordusunun intensiv havadan müdafiə cəhdlərini boşa çıxararaq hər iki strateji tankeri uğurla vurub.
Həmin kadrları təqdim edirik:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































