Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO

Hazırda oxunan: Ukraynaya daha 13 raket və 146 PUA atılıb – FOTO
625618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən axşamdan etibarən Rusiya qüvvələri tərəfindən Ukrayna ərazisinə qarşı genişmiqyaslı hava hücumu həyata keçirilib.

Bizim.Media xəbər verir ki, hücum zamanı 8 ədəd "İskəndər-M"/S-400 ballistik raketi, 4 ədəd X-22/32 qanadlı raketi, 1 ədəd X-31P radiolokasiya əleyhinə raket, 5 ədəd "Banderol" tipli barraj sursatı və 146 ədəd PUA istifadə olunub.

Hava hücumundan müdafiə qüvvələri tərəfindən 3 ədəd "İskəndər-M"/S-400 ballistik raketi və 129 ədəd PUA məhv edilib və ya zərərsizləşdirilib.

5 ədəd "İskəndər-M"/S-400 raketi, 1 ədəd X-31P raketi və 16 ədəd zərbə PUA-sı 15 fərqli məkana düşüb.

7 məkanda vurulmuş hədəflərin qalıqları aşkar edilib, X-22/32 qanadlı raketləri isə hədəflərinə çatmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO