REAL TV-nin müəllif layihəsi olan “Media Masası” bu dəfə IV Şuşa Qlobal Media Forumu çərçivəsində xüsusi buraxılışla tamaşaçıların görüşünə gəlir.
Bizim.Media xəbər verir ki, mədəniyyət paytaxtımız Şuşada çəkilən proqramın qonaqları Pakistan, Gürcüstan və Özbəkistanın aparıcı media qurumlarının rəhbərləri olub.
Verilişdə müasir jurnalistikanın qarşısında duran əsas çağırışlar, informasiya müharibələri, dezinformasiya, mediaya etibarın bərpası, süni intellektin redaksiyalara təsiri, rəqəmsallaşma dövründə radionun rolu və gələcəyin mediası geniş müzakirə edilib.
Beynəlxalq media nümayəndələri Şuşa Qlobal Media Forumunun yaratdığı dialoq mühitini yüksək qiymətləndirərək, forumun müxtəlif ölkələrdən media rəhbərlərini bir araya gətirən mühüm platformaya çevrildiyini vurğulayıblar.
Qonaqlar həmçinin Azərbaycanın qlobal media əməkdaşlığının inkişafına verdiyi töhfəni və Şuşanın beynəlxalq media dialoqu üçün əhəmiyyətini xüsusi qeyd ediblər.
“Media Masası”nın Şuşadan təqdim olunan xüsusi buraxılışı tamaşaçılara fərqli ölkələrin media rəhbərlərinin baxış bucağından qlobal informasiya mühitində baş verən dəyişikliklərə nəzər salmaq imkanı yaradacaq.
Veriliş 18 iyul saat 21:00-da REAL TV-nin efirində yayımlanacaq.
Bizim.Media































































































