Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

Hazırda oxunan: Əlilliyi olan şəxslərlə bağlı RƏSMİ XƏBƏR

625637

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cari ilin birinci yarımilində əlilliyi olan 7424 şəxsi 297 min reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə Bizim.Media-ya agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq (o cümlədən 18-i mühərrikli təkərli oturacaq), 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO