Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Hazırda oxunan: Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

625671

Argentina yığmasının futbol üzrə dünya çempionatındakı çıxışı və finala yüksəlməsi onu tənqidçilərin əsas hədəfinə çevirib. Hətta xüsusi olaraq yaradılmış “Argentina Out” saytında bu yığmanın turnirdən uzaqlaşdırılması tələbi ilə petisiya yerləşdirilib.

İlkin olaraq hədəf 5 milyon imza olsa da, petisiyanı indiyədək 7 milyon şəxs imzalayıb. Bu münasibətin əsas səbəbi çoxsaylı konspiroloji nəzəriyyələrdir. Belə ki, bir çoxları FIFA-nı son dünya çempionlarına himayədarlıq göstərməkdə, titullarını qorumaq üçün Lionel Messi və onun komanda yoldaşlarına kömək etməkdə ittham edirlər.

Bizim.Media xəbər verir ki, məşhur “Forbes” nəşri də bu mövzuya xüsusi yazı həsr edib.

Nəşrdə qeyd edilib ki, bütün bu konspiroloji nəzəriyyələrin yaranmasına səbəb dünyanın ali futbol qurumu olan FIFA-nın adının dəfələrlə korrupsiya qalmaqallarında hallanmasıdır.
 

“Bəzi tənqidlər FIFA prezidenti Canni İnfantinoya qarşı yönəlib. İnfantino ABŞ Prezidenti Donald Trampla yaxın əlaqələrinə görə kəskin tənqid olunur, çünki ABŞ həm də builki Dünya Kubokuna ev sahibliyi edən ölkələrdən biridir. Xüsusilə Trampın ABŞ yığmasının hücumçusu Folarin Baloqunun qırmızı vərəqə cəzasının ertələnməsi qərarından əvvəl İnfantinoya zəng etməsi mübahisəni daha da alovlandırıb”, - məqalədə deyilir.


Nəşr Avropa Parlamentinin irlandiyalı deputatı Barri Endryusun bu hadisədən sonra FIFA-nı “dərinə qədər korrupsiyalaşmış” təşkilat adlandırdığını, FIFA-nın keçmiş prezidenti Yozef Blatterin təşkilatı “diktatura”da ittiham etdiyini, eləcə də İnfantinonu Trampa qarşı “itaətkar” olmaqda və onun rəğbətini qazanmağa çalışmaqda günahlandırdığını xatırladıb.

Bununla belə, İnfantinonu tənqid edən Blatterin özünün də FIFA-nın korrupsiya qalmaqalına bulaşdığı dövrdə təşkilatın prezidenti olduğu, həmin vaxt FIFA rəhbərliyinin rüşvət müqabilində Dünya Kubokuna ev sahibliyi üçün müsabiqələri saxtalaşdırmaqda ittiham olunduğu qeyd edilir. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO