Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Hazırda oxunan: Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

625669

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Ankarada görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoymaq üçün real təklifləri var.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.

Sibiqa hesab edir ki, Ankara qlobal diplomatik paytaxtlardan biridir.

Bundan əlavə, Türkiyə paytaxtı Kiyev ilə Moskva arasındakı mübahisələrin həllində dəfələrlə əsas rol oynayıb.
 

“Biz Türkiyənin Zelenski ilə Putin arasında görüş üçün əsas məkanlardan biri olmasını müdafiə edirik. Biz bunu dəstəkləyirik və Türkiyə tərəfinə belə bir missiyanı – bu cür yüksəksəviyyəli görüşü təşkil etmək istəyinə görə minnətdarıq”, - deyə Sibiqa vurğulayıb.


Xarici işlər nazirinin sözlərinə görə, Ukrayna və Rusiya prezidentləri arasında danışıqlar sülh səylərinə ciddi təkan verə bilər.

“Bu müharibəyə son qoymaq üçün real təkliflərimiz var. Ukrayna sülhə can atır. Biz bu gün davam edən, o cümlədən Amerika tərəfinin iştirakı ilə bütün sülh səylərinə sadiqik. Bu sülh səylərində Avropanın yeni roluna ümid edirik. Ukrayna atəşkəsə hazırdır”, - deyə Sibiqa bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO