Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Hazırda oxunan: Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

625665

Şahzadə Harrinin kral III Çarlzla çoxdan gözlənilən görüşü Britaniya kral ailəsində mümkün barışıq üçün ümidləri artırıb.

Bizim.Media xəbər verir ki, "People" nəşrinin mənbələrinə görə, Sasseks hersoqunun böyük qardaşı, şahzadə Uilyamla münasibətləri əvvəlki kimi gərgin olaraq qalır.

Hər iki qardaşla tanış olan insayderin sözlərinə görə, onların arasında hələ də heç bir ünsiyyət yoxdur.

"Düşünürdüm ki, zaman keçdikcə vəziyyət bir az yumşalacaq. Lakin Uilyam tərəfində heç nə dəyişməyib. Onların arasında heç bir əlaqə yoxdur", - deyə mənbə bildirib.

Nəşrin digər həmsöhbəti qardaşların münasibətlərini "tamamilə dağılmış" adlandırıb.

İyulun 7-də Harri və Uilyam Londonda bir-birindən cəmi bir neçə kilometr aralıda olsalar da, onların görüşməsi planlaşdırılmamışdı. Harri Böyük Britaniyada işgüzar səfərdə olduğu vaxt, Uels şahzadəsi Keyt Middltonla birlikdə Vindzorda illik xeyriyyə polo turnirində iştirak edirdi.

"People"ın məlumatına görə, qardaşlar arasındakı uçurum ailənin növbəti nəslinə də təsir edib. Uilyam və Keytin övladları – şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Lui Kaliforniyada yaşayan əmisi oğlu və qızı – şahzadə Arçi və şahzadə Lilibet ilə demək olar ki, heç bir əlaqə saxlamırlar.

Kral bioqrafı Saymon Viqar hesab edir ki, şahzadə Diana baş verənlərdən çox kədərlənərdi.

"Diana hər şeyin belə olmasına, xüsusən də oğullarının nə qədər yaxın olduqlarını nəzərə alsaq, çox sarsılardı", - deyə o qeyd edib.

Bununla belə, Harrinin atası ilə münasibətləri, görünür, tədricən yaxşılaşmağa başlayıb. Böyük Britaniyaya son səfəri zamanı Sasseks hersoqu kral III Çarlz, kraliça Kamilla ilə görüşüb, həmçinin dörd ildən sonra ilk dəfə həyat yoldaşı Meqan Marklı və uşaqları – şahzadə Arçi və şahzadə Lilibeti ölkəyə gətirib.

Ailəyə yaxın bir mənbə bildirib ki, "onların münasibətləri yaxşılaşıb".

Şahzadə Harrinin özü daha əvvəl dəfələrlə qohumları ilə münasibətləri bərpa etmək istədiyini bildirib. Ötən il BBC-yə verdiyi müsahibədə o, bunları deyib: "Mən ailəmlə barışmaq istərdim. Bu mübarizəni davam etdirməyin heç bir mənası yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO