Hava Limanında geyimlə bağlı məhdudiyyət tətbiq olunur? – RƏSMİ AÇIQLAMA

Hava Limanında geyimlə bağlı məhdudiyyət tətbiq olunur? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Hava Limanında geyimlə bağlı məhdudiyyət tətbiq olunur? – RƏSMİ AÇIQLAMA

625690

Bəzi ölkələrdə açıq-saçıq geyimdə olanları hava limanına və eləcə də təyyarəyə buraxmırlar.

Məsələn bu günlərdə almaniyalı məşhur fitnes bloger "Lufthansa" aviaşirkətini sosial şəbəkələrdə kəskin tənqid atəşinə tutub. Aviaşirkətin əməkdaşları onun geyimini həddindən artıq açıq-saçıq hesab edərək təyyarəyə buraxmayıblar.

25 yaşlı Edda Eliza Pilts (Edda Elisa Pilz) "TikTok" hesabında emosional video paylaşaraq bildirib ki, reysə minik zamanı qapıda saxlanılıb və ona "lüt kimi görünürsən” deyilib.

Gənc qızın iddiasına görə, "Lufthansa" əməkdaşı onun təyyarəyə minməsinə mane olub.

Edda bu geyiminin tamamilə normal və adi bir idman üslubu olduğunu desə də, hava limanının əməkdaşları onu gödəkçə geyinməyə məcbur ediblər. Yalnız bundan sonra "TikTok"da 639 000, "Instagram"da isə 555 000 izləyicisi olan Edda Pilts təyyarəyə buraxılıb.

Bəs, ölkəmizdə hava nəqliyyatında sərnişinlərə geyimlə bağlı hansısa qadağa tətbiq olunurmu?

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildiirlib ki, aeroportda sərnişinlərin geyim tərzi ilə bağlı ayrıca məhdudiyyət tətbiq edilmir:

“Sərnişinlər hava limanının ümumi davranış qaydalarına və ictimai asayiş normalarına riayət etdikləri müddətdə terminaldan sərbəst istifadə edə bilərlər.

Bununla yanaşı, hava gəmisinə qəbul qaydaları aviaşirkətlərin daxili siyasəti və daşınma şərtləri ilə tənzimlənir. Ayrı-ayrı aviaşirkətlər müəyyən hallarda təhlükəsizlik, ictimai asayiş və ya digər əsaslandırılmış səbəblərlə bağlı öz qaydalarını tətbiq edə bilərlər”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO