Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Hazırda oxunan: Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

625705

Yayın ortasında müxtəlif böcəklərin tərəvəzlərə, xüsusən də kartofa daraşması müşahidə olunur. Acgöz həşəratlar və sürfələr, bitkinin saplağında gizlənir, yağışdan sonra isə müenbit hava şəraitini görüb peyda olurlar. Üstəlik bir neçə həşərat bir neçə gün ərzində minlərlə koloniyaya çevrilə bilir. Onlarla mübarizə aparmaq üçün bağ-bostanınızı başdan-ayağa kimyəvi maddələrlə doldurmaq da təhlükəlidir.

Bəs təhlükəli böcəyi faydalı böcəkdən necə ayırd etmək olar, nə vaxt çiləyici götürmək lazımdır?

Uşaqlıqdan bu yana hər görəndə sevindiyimiz, uğur böcəyi kimi qəbul etdiyimiz parabüzənlər kartofu bizdən daha çox sevirlər. Əlbəttə bu sevimli həşəratla qidalarımızı bölüşə bilərdik, lakin onun ifraz etdiyi maddə insan orqanizmi üçün zərərlidir. Əksər bağbanlar ya bunu heç görmürlər, ya da vərdişlərinə görə onu bitləri, gənələri yeyən faydalı böcək zənn edirlər.

Uşaqlıqdan zərərsiz hesab etdiyimiz bu böcəklərə münasibətimizi dəyişməliyik.

Xüsusən də kürəyində daha çox xalı olan parabüzənlərdən ehtiyatlı olmaq lazımdır. O, kartof yarpağını qaşıyaraq sürfələrini ora qoyur. Onlar da kök yumrularını və kök tərəvəzlərini gəmirir.

Sürfələrin kütləvi şəkildə çıxması iyul ayında baş verir, buna görə də yayın ortalarında yarpaqları çevirmək və yumurta kütlələri üçün aşağıdan diqqətlə yoxlamaq xüsusilə vacibdir.

Parabüzənlər kartofdan başqa badımcan, bibər və pomidora da təsir edir. Onların daxilə qəbul edilməsi mədə-bağırsaq sisteminin tədricən infeksiya mərkəzinə çevrilməsi deməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO