Lökbatanda qazılan yol niyə asfaltlanmır? - VİDEO

Lökbatanda qazılan yol niyə asfaltlanmır? - VİDEO

Hazırda oxunan: Lökbatanda qazılan yol niyə asfaltlanmır? - VİDEO
625646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lökbatan qəsəbəsindəki yollardan biri qazılandan sonra asfalt örtüyü bərpa edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a qəsəbə sakinləri məlumat veriblər.

Qeyd olunub ki, sözügedən problem 139 nömrəli tam orta məktəbin yaxınlığında, Nizami küçəsindədir.

Videonu çəkən şəxs iddia edir ki, ərazidə təmir işləri aparılıb, lakin yekunda yol əvvəlki vəziyyətinə qaytarılmayıb:

"ADSEA burada təmir işləri görüb, yolu qazıb. Təmir yekunlaşıb, bəs asfalt niyə bərpa olunmur? Məktəbin qarşısı da daxil ərazi bərbad durumdadır".

ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə su xəttində baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri həyata keçirilib:

"İşlər başa çatdırıldıqdan sonra qazıntı sahəsi ilkin qaydada doldurularaq torpaq qatının təbii oturması üçün saxlanılıb. Hazırda asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti quruma müraciət edilib".

Qurumun məlumatına görə, yaxın günlərdə ərazidə asfalt örtüyü bərpa olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO