Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO

Hazırda oxunan: Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO
625629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə Bizim.Media-ya AQTA-dan açıqlama verilib.

Bildirilib ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb:

“İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb.

Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək.

AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər”.

Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO - foto 1
Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO - foto 2
Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO - foto 3
Qərb bölgəsində nə baş verir? – Yaslardakı ardıcıl kütləvi zəhərlənmələrin səbəbi AÇIQLANDI – FOTO - foto 4

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO