Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Hazırda oxunan: Dünya cəhənnəmə ÇEVRİLİR?

625712

Bu yay xüsusilə Avropada kəskin istilərin insanlara verdiyi zərər son 70 ildə ilk dəfədir ki, bu həcmdə müşahidə olunur.

Bizim.Media xəbər verir ki, xüsusilə yayı sərin keçən ölkələrin qızmar günəşin altında “əriməsi” istiyə dözümü olmayan insanlar arasında ağır qarşılanır.

Hər gün dözülməz istilərin fəsadları, ölüm sayı ilə bağlı xəbərlər yayımlanır. Alimlər 1950-ci ildən bu yana olan məlumatları təhlil ediblər. Belə qənaətə gəliblər ki, həddindən artıq temperatur son illər daha tez-tez olur, daha uzun müddət davam edir və yeni ərazilərə yayılır.

İstilik dalğaları bəşəriyyət üçün təhlükəyə çevrilir.

Temperatur xüsusilə hava qaraldıqdan sonra sərinləmək yerinə daha boğucu olur. Araşdırmalardan belə məlum olub ki, hər onillikdə maksimum gündüz temperaturu təxminən 0,27 dərəcə, gecə temperaturu isə 0,32 dərəcə artır. Nəticədə, hər 10 ildən bir əlavə həddindən artıq isti günlər əlavə olunur. Avropada ən isti günlər 1970-ci illə müqayisədə dörd-beş artıb.

Subtropiklərdə indi hər il yarım əsr əvvəlkindən 50 gün çox həddindən artıq isti olur.

Təhlükəli temperaturla üzləşən insanların sayı da artır. Əgər 1970-ci illərdə dünya əhalisinin 55%-i ildə ən azı 90 gün şiddətli istilik stressi yaşayırdısa, indi bu rəqəm 70%-ə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO