Bir neçə ay əl-qolu bağlandı  - İndi isə həmin evdə yanaraq öldü

Bir neçə ay əl-qolu bağlandı - İndi isə həmin evdə yanaraq öldü

Hazırda oxunan: Bir neçə ay əl-qolu bağlandı - İndi isə həmin evdə yanaraq öldü

120097
Bu gecə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində ikimərtəbəli fərdi ev yanıb.

Yanğın nəticəsində evin sahibi, 1953 təvəllüdlü Hacıyeva Nəzakət Hacıağa qızı dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Evin 54 kv. metr sahəsi yanıb. Yanğın söndürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları və prokurorluq işçiləri araşdırma aparır.

Xatırladaq ki, bir neçə ay əvvəl həmin evdə kirayəşin qalan şəxslər ev sahibinin əl-qolunu bağlayaraq oğurluq etmişdi. Xaçmaz polisi həmin şəxsləri saxlayaraq məsuliyyətə cəlb etmişti.(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO