Gündəlik həyatda istifadə etdiyimiz bəzi kimyəvi maddələr hamiləlik zamanı körpənin inkişafına təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, ABŞ-də aparılan araşdırmada hamiləlik dövründə aromatik aminlərə və nikotin təsirinə daha çox məruz qalan qadınların körpələrində vizual diqqətlə bağlı fərqli göstəricilər müşahidə olunub.
Araşdırmaya 250 ana-körpə cütü daxil edilib. Körpələr təxminən 7,5 aylıq olduqda onların göz hərəkətləri xüsusi texnologiya ilə izlənilib.
Məlum olub ki, bəzi kimyəvi maddələrə daha çox məruz qalan anaların körpələri görüntülərə daha gec uyğunlaşıb. Alimlər bunun erkən yaşlarda vizual diqqətlə bağlı fərqliliyə işarə edə biləcəyini bildirirlər.
Araşdırmada plastik, boya, rezin məhsulları, bəzi pestisidlər, siqaret və dizel tüstüsü kimi mənbələrə diqqət çəkilib.
Tədqiqatçılar isə vurğulayırlar ki, nəticələr hələ birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir və bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var. (yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:18 / 26.09.2026
Ana bətnində görünməyən təsir - Körpələrdə fərq aşkarlandı
Hazırda oxunan: Ana bətnində görünməyən təsir - Körpələrdə fərq aşkarlandı
Hazırda oxunan: Ana bətnində görünməyən təsir - Körpələrdə fərq aşkarlandı
638798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































