Rusiyada ermənilər əlil qadını və ailəsini zorla evindən ÇIXARIR – VİDEO  

Hazırda oxunan: Rusiyada ermənilər əlil qadını və ailəsini zorla evindən ÇIXARIR – VİDEO  

171243

Rusiyanın Soçi şəhərində bir qrup erməni dələduz 4 nəfərdən (qadın iki övladı və II qrup əlil anası - red.) ibarət ailəni evindən qovublar.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumata görə, ailə bir müddət əvvəl rəsmi müqavilə ilə ermənilərdən ev alıb. Ermənilər sonradan sənədi etibarsız saymaq üçün məhkəməyə və Rusiya Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətinə müraciət ediblər. 

Ailə ilk məhkəməni uduzub, lakin sonradan məlum olub ki, rieltor da ermənilərlə əlbir olub.

Bundan əlavə, həmin ermənilərdən biri sözügedən xidmətdə işləyir. Bütün bunların sayəsində digər məhkəmələr dələduzların xeyrinə keçib. 

Bildirilib ki, qadın iki uşağı və xəstə anası ilə evlərində mühasirədə yaşayır, mənzillərini ələ keçirməyə gələn erməni qruplaşmanın əhatəsindədirlər və bu barədə məhkəmənin heç bir qərarı yoxdur. 
Qeyd olunub ki, yerli hakimiyyət orqanları isə əmlakla bağlı saxtakarlığı aradan qaldırmır və vəziyyətə reaksiya vermirlər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO