Moderator.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Sərbəst toplaşmaq haqqında”x9d qanuna dəyişiklik məsələsi müzakirə olundu.
Məsələ barəsində məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, mövcud qanunvericilikdə əgər müvafiq icra hakimiyyəti kütləvi aksiya keçirən təşkilatçılarına ən azı 3 iş günü qalmış verilməsi tələb olnurdusa, təklif olunan qanunvericilikdə bu 3 gün müddətinə endirilib. Yəni müvafiq icra hakimiyyəti orqanı 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.



































































































