Moderator.az xəbər verir ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı "Azərbaycanda siyasi məhbus problemi; mövcud durum və reallıqlar" mövzusunda ictimai dinləmələr keçirəcək.
Toplantıda siyasi məhbuslarla bağlı durum, qanunsuz həyata keçirilən son həbslər (jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçisi Emil Məmmədov, gənc fəal Orxan Eyyubzadə və s.), absurd məhkəmə hökmləri (Anar Məmmədli, Bəşir Süleymanlı, Ömər Məmmədov, Əbdül Əbilov və digərləri), ictimai fəallara edilən təzyiqlər (hüquq müdafiəçiləri Leyla Yunus, Mətanət Əzizova, Arif Yunus, Kəmalə Bənanyarlı və s.), eləcə də 28 may- Cumhuriyyət günü ərəfəsində dövlət başçısı tərəfindən imzalanan əhf fərmanının siyasi məhbuslara şamil edilməməsi və digər məsələlər müzakirə mövzusu olacaq.
Toplantı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən 04 iyun 2014- cü il tarixdə saat 12 00- da Reportiyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) ofisində keçiriləcək.





































































































