“ABŞ Ukraynaya hərtərəfli dəstək verməyə hazırlaşır”

“ABŞ Ukraynaya hərtərəfli dəstək verməyə hazırlaşır”

Hazırda oxunan: “ABŞ Ukraynaya hərtərəfli dəstək verməyə hazırlaşır”

47033

Ukrayna prezidenti Pablo Proşenko ilə ABŞ prezidenti Barak Obamanın gələn ayın əvvəlinə planlaşdırılan görüşü artıq indidən bütün dünyanın ciddi marağına səbəb olub. Xüsusilə də, görüşün andiçmə mərasimindən öncəyə təyin edilməsi Ukraynanın yeni hökumətinə ABŞ-ın göstərdiyi əlahiddə etimad və rəğbət kimi dəyərləndirilməkdədir. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, prezident seçilməsindən dərhal sonra Proşenkonun Obama ilə görüşə dəvət alması heç də adi olay hesab edilməməlidir. Politoloqun qənaətincə, baş verənlər Amerikanın Ukrayna ilə bağlı gələcək siyasətindən xəbər verir. Başqa sözlə desək, bu, Amerikanın Ukraynanı bütün sahələrdə dəstəkləməyə hazır olduğunu göstərir: 

“Proşenkonun prezident seçilməsindən dərhal sonra ABŞ prezidenti onunla görüşlə bağlı açıqlama verirsə, bu, Amerikanın Ukraynaya ciddi dəstəyin ifadəsidir. Bu, onu göstərir ki, ABŞ Ukraynanın yeni hökumətini hərtərəfli dəstəkləməyə hazırlaşır. Hansı ki, hələ onun andiçmə mərasimi olmayıb. Bu, ABŞ-ın Ukrayna ilə bağlı ciddi planlara malik olduğunu göstərir. Bu, onu göstərir ki, Ukrayna ABŞ-ın dəstəyinə ümid edə bilər”.

Ə.Oruclunun bildirdiyinə görə, Obama-Proşenko görüşü reallaşrsa, bu, diplomatik etiket qaydalarının pozulması kimi dəyərləndirilməməlidir. Ekspertin fikrincə, görüşün andiçmə məraisimindən öncəyə təsadüf etməsi o qədər də ciddi diplomatik qayda pozuntusu kimi qiymətləndirmək düzgün deyil:

“Əslində bu görüşün andiçmə mərasimindən öncə təşkili diplomatik etiket qaydalarının pozulması kimi dəyərləndirilməməlidir. Çünki bütövlükdə andiçmə mərasimi işin formal tərəfidir. Ortada Konstitusiya Məhkəməsinin qərarı varsa, MSK-nın qərarı mövcuddursa, bu artıq prinsip etibarilə şəxsin prezident seçilməsi deməkdir. Sadəcə olaraq, andiçmə icraata başlamaq anlamını daşıyır”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO