“İnsanları qanunsuz həbs edib yaxşı şəraitdə saxlamaqdansa...”

“İnsanları qanunsuz həbs edib yaxşı şəraitdə saxlamaqdansa...”

Hazırda oxunan: “İnsanları qanunsuz həbs edib yaxşı şəraitdə saxlamaqdansa...”
44310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Qondarma ittihamlarla 3 illik həbs cəzasına məhkum edilən tanınmış hüquqşünas Qurban Məmmədov iki gün öncə Moderator.az-a saxlanıldığı Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasındakı dəyişikliklərdən bəhs edən bir yazı göndərib. Qurban bəy əvvəlki iki dəfə həbs olunduğu dövrlə indiki mövcud durumu müqayisə edərək baş verən müsbət dəyişikliklərdən hədsiz təəccübləndiyini bildirib.

Hüquqşünas Namizəd Səfərov da Qurban bəyin qənaətini bölüşür, amma...

“Hesab edirəm ki,Kürdəxanı İstintaq Təcridxanası həqiqətən müasir standartlara cavab verir. Lakin ümumilikdə təcridxana-həbsxana sistemində mövcud olmuş eybəcərliklərin əksəriyyəti qalmaqda davam edir. Həbsxanalarda dustaqlara qarşı qeyri-insani münasibətin tamamilə aradan qaldırıldığını iddia etmək mümkün deyil. Dustaqlarla amansız davranış faktlarıyla bağlı hər gün sosial şəbəkələrdə təkzibolunmaz sübutlar əks etdirilir. Hələ bu gün də Azərbaycanda fəaliyyət göstərən həbsxanalar sistemi cəza çəkmə müəssisəsi funksiyasına deyil,  insanın əzilməsi,sındırılması fiziki cəhətdən məhvinə nail olunması məqsədinə xidmət edir. Azərbaycanda cəzaçəkmə müəssisələri sisteminin müsbət mənada inkişafı və yeniləşməsi bilavasitə sosial sistemlə, hakimiyyətin mahiyyəti ilə bağlıdır. İnsanları qanunsuz, əsassız və ədalətsiz olaraq tutub yaxşı şərairdə saxlanmasını təmin etmək deyil, onların qanunsuz həbsinə son qoyulmalıdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO