
- A-
- A
- A+
Gündəm
12:32 / 06.01.2014
1 dəq oxunma
Fətullah Gülənin Abdullah Gülə göndərdiyi şok məktub üzə çıxdı
Hazırda oxunan: Fətullah Gülənin Abdullah Gülə göndərdiyi şok məktub üzə çıxdı
39352
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fətullah Gülənin Prezident Abdullah Gülə göndərdiyi məktub üzə çıxıb.
Moderator.az-ın Avropa.info-ya istinadən məlumatına görə, Gülən göndərdiyi məktubu Ərdoğanın da görməsini istəyib. Jurnalistlər Yazarlar Fondu (GYV) məktubun bir hissəsini üzə çıxarıb. Gülən məktubda tədris müəsisələrinin bağlanmasından qorxduğunu bildirib. Gülənin eyni zamanda 17 dekabr əməliyyatında hökumətə dəstək verən mediyadan cəkindiyi də qeyd edib. Yayımları "qara piar" kimi qiymətləndirən Gülən məktubda yazıb:-"Bir qrup media orqanının apardığı qara piar dayansa mənim dostlarım və tərəfdaşlarımın da susacağından əminəm. Daima çirkin şeylər tirajlayan bəzi mediynı dayandırmaq üçün , sizin müəyyən addımlar atacağınıza inanıram. Bunu sizdən səmimiyyətlə xahiş edirəm" Gülənin, Ərdoğanın da görməsini istədiyi məktubda xahiş və təkliflər diqqət çəkir. Gülən məktubda dövlət məmurlarına əmr vermə mövqeyindən uzaq olduğunu bildirib. O, hökuməti hədəf alan "rüşvət" əməliyyatından sonrakı polis və prokurorluqda təyin və yerdəyişmələrdən narahat olduğunu ifadə edib. Gülən narahatlığını belə bildirib:-"Bu mövzuda yalnız vəzifə borcunu yerinə yetirən kəslər haqqında heç bir ittiham olmadan əməliyyatlar edilir. Vəzifələrini qanun çərçivəsində yerinə yetirən dövlət məmurlarının ustünə gedib, onları işlərindən azad etməyin. Bu mövzuda biz sussaq belə vicdanımız susmaz." Gülən məktubda "Dostluğumuzu pozmağa çalışanlar açıq-aşkar çalışırlar."-yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































