Mətbuatda qondarma ittihamlarla həbs olunaraq MTN istintaq təcridxanasında saxlanılan tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli barəsində həqiqətə uyğun olmayan iddiaların dövriyyəyə buraxılması cəhdi nəzərə çarpır. Moderator.az-a açıqlamasında Pərvizin atası Kamran Həşimov deyir ki, guya oğluna hansısa məmurlar tərəfindən ayrı-ayrı vaxtlarda müəyyən maddi köməyin olması barədə səsləndirilən iddialar doğru deyil: “Bunu yazanları., münəccimlik edib diqqəti özünə cəlb etmək istəyənləri qınayıram. Qəti şəkildə bəyan edirəm ki, oğluma mətbuatda adı hallandırılan məmurlar tərəfindən hansısa maddi kömək edilməyib. Əks halda əsl həqiqəti bilmək istəyən insanlara, Pərvizin həmkarlarına bildirmək istəyirəm ki, bu barədə irəli sürülən iddia və ya ehtimallar həqiqəti əks etdirmir.”
Kamran
Həşimov onu da bildirdi ki, MTN-nin bu
qurama işi o qədər çılpaqlığıyla görünür ki, bunu müəyyənləşdirmək üçün heç
hüquqi savada da malik olmağa ehtiyac yoxdur: “Pərvizin üzünə qoyulan həmin
Təvəkkül Qurbanov MTN-nin maaş alan “ştatnı” üzəduranıdır. Onun həyat yoldaşı
MTN Gəncə şöbəsində yüksək vəzifə tutan şəxsə məxsus “İmperial” şadlıq
sarayında mühasib işləyir. Təvəkkül özü isə MTN-dən aldığı “maaş” hesabına bu
günədək neçə-neçə adamın “torba”sının tikilməsində yardımçı olub. Əminəm ki,
məhkəmədə də ona şərti cəza verib növbəti “uğurlu əməliyyat”a hazırlayacaqlar”





































































































