“Facebook” sosial şəbəkəsində Biləcəri qəsəbəsində yerləşən “Army Market”lə bağlı boykota başlanılıb.
Moderator.az xəbər verir ki, buna səbəb isə marketdən çörək oğurlayan qadının fotosunu “Marketimizdən oğruluq edən!” yazısı ilə asılmasıdır.
Artıq “facebook” istifadəçiləri buna etiraz edərək həmin marketi boykot etməyə çağırırlar.Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşən “Army Market”də kassirdən tutmuş, satıcılara qədər hər kəsi hərbi geyimdə olur.







































































































