Xarici işlər nazirləri Nyu-Yorka uçdular:  Dağlıq Qarabağ üzrə danışıqlar gözlənilir

Xarici işlər nazirləri Nyu-Yorka uçdular: Dağlıq Qarabağ üzrə danışıqlar gözlənilir

Hazırda oxunan: Xarici işlər nazirləri Nyu-Yorka uçdular: Dağlıq Qarabağ üzrə danışıqlar gözlənilir

241132
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi-BMT Baş Assambleyacının 73-cü sessiyasının işində iştirak edəcək nümayəndə heyətinin tərkibində, Nyu-Yorka yola düşüb.

Bu barədə “Aysor” məlumat yayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Nyu-Yorkda səfərdədir.

Gözlənilir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin başçıları görüş keçirəcəklər. Bu informasiyanın rəsmi təsdiqi ilə bağlı xəbər daxil olmasa da, ATƏT-in baş katibi Tomas Qreminqer bir müddət öncə Məmmədyarovun və Mnatsakanyananın gözlənən görüşü haqda açıqlama vermişdi.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO