İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

Hazırda oxunan: İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı AÇIQLAMA – “Anlaşılmazlıq olub...” – ÖZƏL – VİDEO

623770

Tanınmış komediya aktyoru İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi ilə bağlı videoçarx ictimaiyyətdə narazılığa səbəb olub. Sosial şəbəkələrdə aktyorun xəstə uşağı gülüş hədəfinə çevirməsi pislənilib, çoxsaylı iradlar bildirilib.

İstifadəçilər bunu sadəcə uğursuz zarafat kimi deyil, xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların ailələrinin hisslərinə toxunan davranış kimi qiymətləndiriblər.

Çünki illərdir autizmli uşaqlara qarşı daha anlayışlı münasibətin formalaşdırılması istiqamətində cəmiyyət maarifləndirilir. Ona görə də belə mövzularda yüksək məsuliyyət, empatiya və həssaslıq tələb olunur.  

Məsələ ilə bağlı aktyorun fikirlərini öyrənməyə çalışdıq. İlkin Misgərli çəkilişdə olduğu üçün layihə rəhbəri Vüqar Əmirov Bizim.Media-ya bildirib ki, bu video bir müddət öncə viral olmuşdu.

O qeyd edib ki, videoya ilk dəfə baxanlar üçün yanlış anlaşıla bilər, amma orijinal videonun mahiyyəti tamam başqadır:

“İlkin Misgərli kiminsə qəlbinə dəyəcək adam deyil. Mənim öz övladım da autizm xəstəsidir. Əgər orada başqa fikirlə ələ salmaq olsaydı, mən özüm buna yol verməzdim. O kiçik videoçarx texniki səhvdir. Montajçı özü sosial adam olmadığı üçün buna fikir verməyib, daha doğrusu onun həssas mövzu olduğunu dərk etmədən bunu gülməli hesab edərək paylaşıb.

Əslində bu öz aramızda, təklikdə  zarafatlaşdığımız efirə getməyəcək bir videodur. Bu ələ salmaq, “məzələnmək” üçün edilməyib. İnsan olaraq biz hamımız İlkini tanıyırıq və belə səhvə yol verməyəcəyini bilirik. Sadəcə bir anlaşılmazlıq olub.”


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO