Azərbaycan məngənədə  - düşmənimiz kimlərdir?

Azərbaycan məngənədə - düşmənimiz kimlərdir?

Hazırda oxunan: Azərbaycan məngənədə - düşmənimiz kimlərdir?

110739
Ölkə odla-su arasında; “17 oktyabr inqilabı”x9d adı alan proseslərdən sonra ölkə sanki bir atəş çənbərinə düşüb: internetin kəsilməsi, Nardaran hadisələri, “Günəşli”x9d platformasında yanığın və cəbhədə müharibə; hər şey bəlkə də may ayında yanan binadan başlamışdı...xa0
Milli Təhlükəsizlik Nazirliyində quldurluq və soyğunçuluqla məşğul olan generalitetin ifşasından sonra ölkədə gərginlik nəzərəçarpacaq həddə artıb. Bu, bəlkə də 2005-ci ildən üzü bəri Azərbaycanın yaşadığı ən gərgin il kimi də tarixə düşə bilər. Neftin qiymətinin minimum həddə enməsinin ölkədə sosial gərginliyi artıra biləcəyi hələ ilin əvvəlindən proqnozlaşdırılırdı. Amma Qərblə Azərbaycan hakimiyyətinin münasibətlərinin yenidən gərginləşməsi, fevralda manatın devalvasiyası və noyabrdakı parlament seçkiləri 2015-ci ildə iqtidar üçün xüsusi təlatüm yaratmadı.

Qərblə, xüsusən ABŞ-la münasibətlərdəki gərginlik Avropa Oyunlarından sonra nisbətən aradan qaldırıldı, manatın devalvasiyasının ölkədə sosial təlatümləri tətikləməsinin qarşısı digər önləyici tədbirlərlə alındı. Antikorrupsiya həbsləri, sahibkarlara qarşı total yoxlamaların qarşısının alınması, apteklərdə vahid qiymətləndirmə sisteminin tətbiqi sosial gərginliyi önlədi. Parlament seçkiləri isə gözlənildiyindən də sakit keçdi və seçkisonrası heç bir kütləvi etirazlar olmadı. İndi sanki Azərbaycan başı üstündə yığılan bütün “qara buludlar”x9d son üç ayda ölkə üzərinə yağmağa başlayıb...xa0

***



Hələ may ayında Azadlıq prospektində çoxmərtəbəli binanın Avropa Oyunlarının açılışına sayılı günlər qalmış niyə yanmasının bir çox sualları cavabsız qalmasaydı, bəlkə də indi baş verənlər haqda aydın fikir yürütmək də olardı. Yada salaq: həmin binanın yandırılması versiyası ilk gündən gündəmdə vardı. Hətta Rusiyanın da adı çəkilirdi. Yanan binada “Rusiyanın barmağı”x9d məsələsi təsadüfi ortaya çıxmamışdı. Rusiya mayın 21-22-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”x9d proqramına üzv olan ölkələrin Riqada keçiriləcək sammitinə qarşı çıxmışdı, hətta iştirakçı ölkələri XİN səviyyəsində açıq təhdid də etmişdi. Bina sammitdən iki gün əvvəl-mayın 19-da yandı. Prezident İlham Əliyev həmin sammitə getmədi. Rəsmi xəbərdə bu, Avropa Oyunlarının başlanmasına çox az vaxt qalması ilə izah edildi...xa0

Gərək ki, ürkək də olsa, yanmış bina ilə bağlı sosial şəbəkələrdə “MTN versiyası”x9d da vardı, “Rusiya və MTN əlaqələri”x9d və sair kimi xa0ehtimallar dolaşırdı. Amma mətbuat Eldar Mahmudovun qəzəbində “yanmaqdan”x9d ehtiyat etdi deyə, bu barədə açıq yazmadı...


Bəli, dünya böyükdür və hər gün ən sakit və qorunan ölkələrdə də daha dəhşətli yanğınlar, teraktlar olur. Amma səbəbi bilinməyən və ya açıqlanmayan bu kimi hadisələr sonra daha böyük yanğınlara, daha ağır hadisələrə səbəb olursa, suallar da artır, panika da, qorxu da...xa0

***
MTN-də “17 oktyabr inqilabı”x9d adı alan proseslərdən sonra ölkə sanki bir atəş çənbərinə düşüb. Generalların ifşasından sonra iki xarici faktora söykənən iki versiya vardı. Birincisi, Mahmudovu İsrail kəşfiyyatına bağlayırdılar, hətta “Təl-Əviv qəzəblənəcək”x9d deyə, başlıqlar mediaya yol tapmışdı. Sonra Mahmudovçular “Rusiyaya kökləndi”x9d. Burada isə iki ziddiyyətli mövqe vardı: MTN çetesini Rusiya ifşa edib, hətta guya Putin Astana sammitində Azərbaycan rəhbərindən belə bir xahişdə bulunub. O biri versiya isə bu idi ki, Mahmudov əslində Rusiyaya bağlı imiş...


İsrail variantı tezliklə unuduldu, çünki yəhudi hakimiyyəti xa0Azərbaycana bu kimi kobud müdaxilələr heç vaxt xa0etməyib. Hətta Nardaranda yəhudi bayraqları yandırılanda belə Təl-Əviv buna Azərbaycanın daxili işi kimi baxıb, xüsusi təhlükə görməyib. Qalır Rusiya variantı...xa0

***
Ötən ay, məhz MTN şefinin işdən çıxarılmasının bir ayı tamam olanda (16 noyabrda) əsas internet provayderi “Delta Telekom”x9d şirkətində baş vermiş yanğın səbəbindən ölkə 6 saat internetsiz qaldı. Səbəbi hələ də bilinməyən yanğının məhz ölkənin əsas provayderində baş verməsi təsadüf ola bilərdimi? Bəlkə də ola bilərdi. Amma niyə məhz “Mahmudov çetesi”x9dnin Rabitə Nazirliyində quraşdırdığı, funksiyası bilinməyən müəmmalı qurğu yandı? Məsələn, bu qurğu uzaqdan komanda ilə yandırıla bilərdimi? Eyniylə indi “o küləkdə kim aparıb ”x9dGünəşli" yatağına mina qoya bilərdi" sualını verənlərə də haqlı bilərək soruşmaq da olar: bəlkə, o partlayıcı oraya hələ bir neçə həftə (ay) əvvəldən yerləşdirilibsə?xa0


MTN çetesinin neft satışı ilə xa0əlaqəsi hələ ki təsbit olunmayıb, Mahmudov dəstəsinin iqtidara bunca dirəniş göstərməsi də ağlabatan deyil. Amma maraqlı dövlətlər bunları edə bilər. Rusiya ilə dalaşan Türkiyə baş nazirinin Bakı səfərində Xəzərdəki qaz ehtiyatlarından danışıldı. Əgər bu səfərdəki mesajlardan sonra (məsələn, “bütün məsələlərdə Türkiyə ilə birlikdəyik”x9d bəyanatından sonra xa0ölkəyə Xəzərdə bunca qazla gözdağı vermək təbiətin işisə, Allah bilən məsləhətdir. Amma bunca təsadüflər ard-arda gəlincə, “Allahın bədnəzərdən xəbəri yox”x9d deyimi də yada düşür...xa0

***
Azərbaycan regionda nəzərdə olan ölkədir; bizə diqqət kəsilən dövlətlərin aralarında ölkəmizi istəyəni də var, istəməyəni də... Son aylar baş verənlər və Nardarandakı insan tələfatı ilə nəticələnən toqquşmalar Azərbaycanın bu dəfə qonşuları tərəfindən daha amansız məngənə ilə sıxıldığını göstərir. “Sendiviç sindromu”x9d indiki hadisələri göz önünə gətirdikdə hətta “yeməli”x9ddə gəlir. İran və Rusiya arasında sıxışdırılan Azərbaycan Nardaranda xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldı. Ortada hansısa çevriliş, silahlı toqquşma, ölkədə qarışıqlı yaratmaq planları olduğu da danışılır.xa0

Azərbaycanın kədərli gününə həmişə sevinən, sevincli günlərində isə yas tutan Ermənistanla da son günlər ölkə əsl müharibə vəziyyətindədir. Ermənistan cəbhədə həmişə gərginlik yaradıb. Amma Azərbaycanda baş verən proseslərin fonunda Ermənistanın fəallaşması onların arxasında duran qüvvəyə diqqəti cəlb edir. Sanki biriləri israrla Azərbaycanı atəşin ortasına atmaqla dincəlmir, ölkəni daha sıcaq oda tərəf dartır, məkrli planlar qurur.

***
Azərbaycanın Rusiya ilə ilk baxışdan bölünəsi heç nəyi yoxdur, hətta münasibətlər o səviyyədədir ki, çörəyi belə indi daha tez-tez bölürük. Amma Rusiya nə əsrin əvvəlindəki Rusiyadır, nə Kreml rəhbərliyi demokrat. Bir sıra ekspertlərin fikrincə, Rusiya dünyada kəskinləşən geopolitik qarşıdurmada əsas tərəfə çevrilməsi ilə Azərbaycanı da müəyyən proseslərə qoşmağa çalışır. Azərbaycanı indi “Günəşli”x9ddəki məlum faciə ilə sözün əsl mənasında odla-su arasında qalıb. Amma ətrafda yanğını söndürməkdən daha çox, atəşin alovlanmasını istəyənlər xa0var. Bu səbəbdən də Azərbaycan diqqətli olmalıdır, həm də əvvəlkindən daha çox diqqətli.../“Yeni Müsavat”x9d/


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO