Azərbaycanda Təmiz Enerji Mərkəzi YARADILDI - FOTO

Azərbaycanda Təmiz Enerji Mərkəzi YARADILDI - FOTO

Hazırda oxunan: Azərbaycanda Təmiz Enerji Mərkəzi YARADILDI - FOTO
220862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün biz COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasında mühüm mərhələnin şahidi oluruq. Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorunda liderlik mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən ECO-UNIDO Təmiz Enerji Mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, mərkəzin Bakıda yaradılması Azərbaycanın bərabərhüquqlu üzv dövlətlərlə enerji əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.

“Bizim əsas məqsədimiz davamlı enerji keçidini təşviq etmək və regionda yaşıl enerjiyə investisiya cəlb etmək, həmçinin enerji səmərəliliyini artırmaqdır. Biz, həmçinin yaşıl enerji istehsalı və infrastrukturu sahəsində layihələrin inkişafı üçün maliyyə və texniki resursları səfərbər etməyi hədəfləyirik”, - deyə nazir vurğulayıb.

Azərbaycanda Təmiz Enerji Mərkəzi YARADILDI - FOTO - foto 1
Azərbaycanda Təmiz Enerji Mərkəzi YARADILDI - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO