ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA:

ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA: "İnsan ömrü azalıb"

Hazırda oxunan: ÜST-dən COVID-19-la bağlı AÇIQLAMA: "İnsan ömrü azalıb"
193940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən orta ömür uzunluğunun təxminən iki il azaldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST-ün saytında açıqlama verilib.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar 2019-2021-ci illər ərzində dünyada orta ömür uzunluğu 1,8 il azalaraq 71,4 il təşkil edib.

“COVID-19 pandemiyası doğuş zamanı gözlənilən ömür uzunluğunun və gözlənilən sağlam ömür uzunluğunun tədricən artım tendensiyasını dəyişdirdi”, - ÜST ekspertləri bildirir.

Cənub-Şərqi Asiya və Amerika regionlarında göstəricilər 2019-cu ildən 2021-ci ilə qədər müvafiq olaraq 2,5 və 3 il azalıb ki, bu da qlobal antirekorddur.
ÜST-ün Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 pandemiyasının gözlənilən ömür artımınını iki il ərzində necə heçə endirdiyini vurğulayaraq insanları tərəqqinin nə qədər kövrək ola biləcəyini xatırlamağa çağırıb.

ÜST-ün yeni statistikası göstərir ki, koronavirus 2020 və 2021-ci illərdə dünyada milyonlarla insanın ölümünə səbəb olan 3 əsas ölüm səbəbindən biri olub. Amerika regionunda isə COVID-19 hər iki ildə əsas ölüm səbəbi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO