Azərbaycan koronavirusa qarşı vaksin hazırladı

Azərbaycan koronavirusa qarşı vaksin hazırladı

Hazırda oxunan: Azərbaycan koronavirusa qarşı vaksin hazırladı
136660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi labaratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır”. 

Bizim.Media xəbər verir ki, bu barədə "trend.az" a açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib. 

O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb. 

"COVID-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatları insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəsüf ki, müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı.

Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, "Omikron"da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu haqda dünyanın ən prestijli jurnallarında çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırladığımız COVID-19-a qarşı vaksin "Omikron" və "Delta"ya qarşı effektivdir. Vaksinin adının Qarabağ qoyulması planlaşdırılıb.

Pandemiya bitsə də, "Omikron" variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də "Omikron" varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effektivdir",- deyə T. Məmmədov bildirib. 
Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO