Acı dövran türk üzünə gülməz heç,
Dil yalana, əl harama
uyunca ”“
Əlindən, dilindən ölməyə
başlar,
Ruhundan, kökündən üzülməyə
də;
At ilxısız, türküm atsız
olunca ”“
Qanda od mürgülər, gözündə yaşlar.
Haramlar qarında qat bağladıqca,
Yalanlar ayağdan
at bağladıqca
Dərdimiz dözməyə qul axtarırmış.
Uşaqlıqda çubuq atı səyirdıb.
Yuxularda at
çapdıqca boz çölə
Ruhumuz dünyaya yol
axtarırmış...
Dünənsiz bu günün sabahı kölə,
Atsız türk özünün yağısı imiş,
Adsız xalq yasının
ağısı imiş
Adını dininə qurban
vermisən,
Vətəni taleyin
ixtiyarına...
Bölünmüş millətin
ixtiyarı nə?!
Odərik, Albanıq, Oğuzuq,
Xəzər,
Uyğuruq, Qıpçağıq, Hun, Səlcuq,
Azər...
Biri tatar deyib, biri türk deyib
Özümüz müsəlman, moğol
demişik
Tarix yaratmışıq ”“ nağıl
demişik...
Talış, tat, ləzgi,
kürd,... biz kimik Dədə,
Hər şeyə ad qoyan, öz adın hanı?!
Turan tək qırılan qanadın
hanı...
Yoxsa
addan düşdün, atdan düşüncə
Iyirmi dörd türk boyundan biri biz,
Qanımız çox qarışsa da diri biz...
Türk ulusu, Azər boyu adımız
Ülgü - Tanrı, Quran,bozqurd, atımız.
Param-parça, əsarətdə yurdumuz
Arsızlar üzündən dəli dərdimiz
Cabir Albantürk











































































































