“Bizdə bu dəqiqə azı müraciət qovluğu var. Onların hamısı AYB-yə üzv olmaq istəyənlərdi. Biz isə il ərzində cəmi iki dəfə qəbul keçiririk.
Bu il artıq bir dəfəxa0 birliyə qəbul keçirmişik. Mart ayında baş tutdu və yeni üzvləri sıralarımıza daxil etdik”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, AYB Qəbul komissiyasının sədri, Xalq şairi Fikrət Qoca deyib.
O, açıqlamasında 2018-ci ilin sonuna qədər AYB-yə üzvlük və sənəd qəbulunun olmayacağını bildirib. Buna səbəb isə AYB-nin gələnilki qurultayına hazırlıq işlərinin getməsini göstərib.
Xalq şairinin sözlərinə görə, qurultaya daha yaxşı hazırlaşmaq üçün üzvlük və sənəd qəbulu məsələlərini müvəqqəti saxlanılıb:
Yalnız qurultaydan sonra yeni üzvləri birliyə qəbul edəcəyik. Qurultaya qədər isə bu gözlənilmir”.









































































































