Ey kasıba əzab verib, dolaşdırıb
ondan rüşvət alanlar!
Ürəyində Allah nuru, əməlində
ədalət qalmayanlar!
Aldığınız hər bir manat
ağrı ilə doludu...
Getdiyiniz bu yol ki, var
yer üzünün ən qeyrətsiz,
ən müstəbid yoludu...
...o yazığın bilirsən ki,
yoxduxa0 çörək pulu da...
azar dolu bədəninə
ucuz dərman almağa
yoxdu zalım,xa0 halı da...
...evindəki son əşyanı
satdırıbsan ona sən...
o məzlumun üzündəki duman, çən
öz ömrünə, bu həyata nifrətidi, bilirsən!
...bəlkə də, sən bu yaxındaxa0
o rüşvətlə eyş-işrət quranda,
hansısa bir gözəlçənin
önündə mil duranda...
hiylə dolu məkrlə
kiməsə tor quranda...
yığıb elə rüşvətləri
arvadını-uşağını
səyahətə aparanda,
yeni bir mal - mülk,
mənsəb, ənam alanda...xa0
bu biçarə
gedib özünü asacaq...
ya yolda getdiyi yerdə
ürəyi qəfil susacaq...
nə bilirsən, bəlkə,xa0
oğru olacaq, qatil olacaq...
qoşulub quldurlara
dünyadan öc alacaq!
istədim ki, iblis deyəm adına,
iblis baxdı,
matı-qutu qurudu...
and içdi ki:
- mən bu qədər alçalmaram,
mən heç vədə belə qəddar, belə idbar
Allah üzünə ağ olub
belə kasıb insanları
belə qanlı ağlatmaram...
mən heç vədə onların
vətən uğrunda qəhrəman
övlad kimi döyüşməyə
hazır olduqlarını unutmaram!
Əhməd Qəşəmoğlu































































































