Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

Hazırda oxunan: Lənkəranda GÜCLÜ YANĞIN – Evlər təhlükə altında – FOTO

630952

Lənkəran rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində təxminən 30–50 hektar ərazidə quru ot və kol-kos yanır. Güclü külək alovun ərazi üzrə sürətlə yayılmasına şərait yaradıb.

Yanğının qarşısının alınması məqsədilə Lənkəran şəhəri və Liman qəsəbəsindən olan yanğınsöndürmə qüvvələrinə Masallı rayonundan əlavə texnika və canlı qüvvə də qoşulub.

Yanğının yaşayış massivinə doğru irəlilədiyi bildirilir. Hazırda alovla evlər arasında məsafənin təxminən 15 metr olduğu qeyd olunur.

Hadisə yerindən qalxan sıx tüstü ətraf ərazilərdən də aydın görünür.

Hazırda yanğının nəzarətə götürülməsi və yaşayış evlərinin alovdan qorunması üçün operativ tədbirlər görülür.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO