Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək- Yeni qaydalar

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək- Yeni qaydalar

Hazırda oxunan: Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək- Yeni qaydalar

630958

“Avroviziya” mahnı müsabiqəsinin təşkili qaydalarında dəyişiklik edilib.

Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə aparan heç bir ölkə müsabiqəyə ev sahibliyi edə bilməyəcək.
 

“Əgər silahlı münaqişə, mürəkkəb geosiyasi vəziyyət və ya hər hansı digər vəziyyət qalib gəlmiş dövlətin və ya ona yaxın bölgənin təhlükəsizliyinə və ya sabitliyinə əhəmiyyətli dərəcədə təsir edirsə, həmin qalib yayımçı müsabiqəni keçirmək hüququndan avtomatik məhrum olur”, - deyə müsabiqəni təşkil edən Avropa Yayım İttifaqının bəyanatında deyilir. 


Əgər qalib ölkə müsabiqəni keçirə bilməzsə, Avropa Yayım İttifaqı başqa bir ölkəni ev sahibi təyin edəcək. Bu halda, ev sahibi təyin ediləcək ölkə müsabiqəni qalib ölkənin deyil, öz adından təşkil edəcək. 

Xatırladaq ki, 2022-ci ildə keçirilən müsabiqədə Ukrayna qalib gəlsə də, Rusiya-Ukrayna müharibəsi səbəbindən “Avroviziya-2023” müsabiqəsi Ukraynanın adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO