Xorvatiyada turistlər çimərlikləri belə “ələ keçirirlər”

Xorvatiyada turistlər çimərlikləri belə “ələ keçirirlər”

Hazırda oxunan: Xorvatiyada turistlər çimərlikləri belə “ələ keçirirlər”

630986

Xorvatiyanın məşhur Makarska kurortunda turistlərin gecədən dəsmal və hava döşəkləri qoyaraq çimərlikdə ən yaxşı yerləri “rezerv etməsinin” qarşısı alınır.

Bizim.Media xəbər verir ki, bələdiyyə əməkdaşları səhər erkən saatlarda reydlər keçirərək nəzarətsiz qoyulan əşyaları yığışdırırlar.

Ötən reydlərdən birində o qədər dəsmal və şişmə əşya müsadirə edilib ki, onların hamısı bir yük maşınına yerləşib.

Hakimiyyət bildirir ki, çimərliklər bütün istirahət edənlər üçün nəzərdə tutulub və yerləri əvvəlcədən tutmaq yolverilməzdir. Qayda pozuntularına qarşı reydlərin davam etdiriləcəyi açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO