Bu insanlara etibar etmək olmaz - 6 əlamət

Bu insanlara etibar etmək olmaz - 6 əlamət

Hazırda oxunan: Bu insanlara etibar etmək olmaz - 6 əlamət

630984

Psixoloqlar insanın etibarlı olub-olmadığını müəyyənləşdirmək üçün yalnız sözlərinə deyil, təkrarlanan davranışlarına diqqət yetirməyi tövsiyə edirlər.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, aşağıdakı davranışlar diqqət çəkə bilər:

Sizi incidən sözləri “zarafat” adı ilə ört-basdır edir;

Heç vaxt öz səhvini etiraf etmir və günahı başqalarının üzərinə atır;

Yaxşılığınızı istədiyini deyir, amma davranışları bunun əksini göstərir;

Sözləri ilə hərəkətləri daim ziddiyyət təşkil edir;

“Sənin üçün narahatam” deyərək sizi davamlı olaraq özünüzdən şübhələndirir;

Səylərinizə mane olur, daha sonra isə buna müxtəlif bəhanələr tapır.

Mütəxəssislər vurğulayırlar ki, tək bir əlamət insanın etibarsız olduğunu göstərmir. Əsas məsələ eyni davranış modelinin mütəmadi şəkildə təkrarlanmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO