İnsan üzünü kürəyində “daşıyan” canlı görənləri təəccübləndirdi – FOTO

İnsan üzünü kürəyində “daşıyan” canlı görənləri təəccübləndirdi – FOTO

Hazırda oxunan: İnsan üzünü kürəyində “daşıyan” canlı görənləri təəccübləndirdi – FOTO

630963

Hindistanın Qərbi Himalayalar bölgəsində aparılan araşdırmalar zamanı yeni hörümçək növü aşkarlanıb. Theridion himalayana adı verilən növ belində insan üzünü, xüsusilə də gülümsəyən simanı xatırladan qeyri-adi naxışları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, theridiidae fəsiləsinə aid olan yeni növün yüksək dağlıq və rütubətli ərazilərə uyğunlaşdığı müəyyənləşdirilib.

Alimlər araşdırma çərçivəsində 61 hörümçəyi tutaraq laboratoriyada ətraflı şəkildə tədqiq ediblər.
 

Tədqiqat zamanı həm erkək, həm də dişi fərdlərin görünüşündə müxtəlif xüsusiyyətlər qeydə alınıb. Hörümçəklərin bel hissəsində qırmızı, qara və ağ rənglərin birləşməsindən yaranan 32 fərqli rəng və naxış variantı müəyyən edilib. Bunların arasında ən çox diqqət çəkən isə insanın gülən üzünə bənzəyən naxışlar olub.


Alimlər hörümçəyin belindəki üzə bənzər fiqurların hansı məqsədə xidmət etdiyini hələ dəqiq müəyyənləşdirə bilməyiblər. Bu görünüşün yırtıcılardan qorunma, kamuflyaj, cütləşmə davranışı və ya növün təkamül prosesində formalaşmış uyğunlaşması ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

Yeni növlə bağlı araşdırmanın nəticələri Evolutionary Systematics jurnalında dərc olunub. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO