Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Hazırda oxunan: Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

631026

Yaponiya Baş naziri Sanae Takaiçi Rusiya Prezidenti Vladimir Putinin mübahisəli Kuril adalarına ilk səfərini “tamamilə qəbuledilməz” adlandırıb.

Bizim.Media xəbər verir ki, Putin avqustun 13-də Yaponiyada Etorofu adlandırılan İturup adasına səfər edib.

Ada Rusiya ilə Yaponiyanın ərazi mübahisəsi yaşadığı Cənubi Kuril adalarından biridir.
 

Takaiçinin sözlərinə görə, səfər yapon cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirib. O, Tokionun adaları tarixi baxımdan və beynəlxalq hüquqa əsasən Yaponiyanın əzəli ərazisi hesab etdiyini bildirib.


Yaponiyanın xarici işlər naziri Tosi Motsuqi də Putinin səfərinə etiraz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO