Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlandı

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlandı

Hazırda oxunan: Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlandı

630989

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək Azərbaycanın “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges;

Baş məşqçi: Qurban Qurbanov.

“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;

Baş məşqçi: İqor Kostyuk.

Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilmiş ilk oyunda “Qarabağ” “Dinamo”ya 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO