Londonda elit restoranlar, özəl klublar və iri pab şəbəkələri Meta-nın kameralı Ray-Ban ağıllı eynəklərindən istifadəyə qadağa qoymağa başlayıb.
Bizim.Media xəbər verir ki, qərarın əsas səbəbi ziyarətçilərin icazəsi olmadan gizli çəkiliş və şəxsi həyatın pozulması ilə bağlı narahatlıqlardır. Böyük pab şəbəkəsi Wetherspoons qadağanı İngiltərə və İrlandiyadakı 800 məkanının hamısında tətbiq edib.
Bəzi tanınmış London restoranları və Soho House özəl klubu da bu eynəklərin istifadəsini məhdudlaşdırıb. Teatrlar və festivallar da oxşar qaydalar tətbiq etməyə başlayıb.
Meta isə Ray-Ban eynəklərində çəkiliş zamanı yanan LED indikatorun olduğunu bildirir. Lakin məkan sahibləri bu tədbirlərin ziyarətçilərin məxfiliyini tam qorumağa kifayət etmədiyini düşünür.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:30 / 13.08.2026
Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır
Hazırda oxunan: Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır
Hazırda oxunan: Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır
631022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































