Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Hazırda oxunan: Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

631042

ABŞ prezidentinin mətbuat katibi Karolin Levittin avqustun sonunda vəzifəsini tərk edəcəyini açıqlamasından sonra Ağ Evdə onun mümkün varisinin kim olacağı müzakirə olunur.

Bizim.Media xəbər verir ki, New York Postun məlumatına görə, əsas namizədlər arasında Ağ Evin keçmiş kommunikasiyalar üzrə rəsmisi Taylor Budoviç, Breitbart-ın Vaşinqton bürosunun rəhbəri Metyu Boyl, Trampın keçmiş vəkili Alina Habba və keçmiş mətbuat katibi Kayli MakEnani var.
 

Namizədlər sırasında həmçinin Ağ Evin kommunikasiyalar üzrə keçmiş direktoru Stiven Çunq, prezidentin mətbuat katibinin birinci müavini Anna Kelli, protokol xidmətinin rəhbəri Monika Krouli, eləcə də digər şəxslərin adları çəkilir.


Nəşr yazır ki, prezident Donald Tramp hələ Levittin əvəzləyicisini müəyyənləşdirməyib.

O, Levitti ən etibarlı köməkçilərindən və Ağ Evin tarixində ən yaxşı mətbuat katiblərindən biri adlandırıb.

New York Post hesab edir ki, Tramp yeni mətbuat katibi təyin olunana qədər brifinqləri müvəqqəti olaraq administrasiyanın yüksək vəzifəli şəxsləri keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO