"Qəribi qürbətin qadını sevməz..."

Hazırda oxunan: "Qəribi qürbətin qadını sevməz..."

166413







Moderator.az hazırda Türkiyədə yaşayan dəyərli və sevilən şairimiz Məmməd İsmayılın "Qəribi qürbətin qadını sevməz" şeirini təqdim edir.

Qəribi qürbətin qadını sevməz...

Elə ki, vətəndə qalar ürəyi,
Qürbət diyarlara bir qərib gedər.
Solar ayrılığın gülü, çiçəyi
Həsrət boz üzünü göstərib gedər”¦

Gedər, bilməsə də gedən yerini,
Arzusu özündən uzağa gedər.
Vətəndə itirib ümidlərini
Arayıb qürbətdə tapmağa gedər..

Dağı aşındırır, ömrü əridir,
Önünə keçəni çəkər vaxt dara.
Bu dünya dediyin itik yeridir,
Hər kəs itirdiyi şeyi axtarar”¦

Hüzünlü-hüzünlü ötər qumrular,
Quşlara qoşulub yay da ötüşər.
Əzəldən əbədə yol alar sular
Baharın yarpağı payıza düşər”¦

O yarpaq tökümü, o sonuncu səs,
Kim axı tökülən yarpağı sevər?
Qəribi qürbətin qadını sevməz,
Sevsə, olsa-olsa torpağı sevər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO