"Bacımla ərimi təsadüfən yataqda tutdum..."

Hazırda oxunan: "Bacımla ərimi təsadüfən yataqda tutdum..."

140774
Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. 

Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk... 

Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...

Əvvəlini bu linkdən oxuya bilərsiniz--- moderator.az/news/140607.html

V Bölüm. Qaraçı qız
(Davamı)

Rəssam: “Sənə sonsuz hörmət və ehtiram hissi duyuram. Bu hisslər nə zaman ehtiyaca dönsə, o saniyədən dostlar siyahısından çıxacaqsan”x9d. Bu gün yazdığın mesajdı bu. Sənin dostlar siyahında olmaqdan fəxr duyuram, ordan çıxmaq nədi, qayalara çapılan ad kimi ismimi qəlbinə yazmağa iddialıyam. Amma “ehtiyac”x9d sözünü niyə belə hörmətdən saldın, bilmirəm. Sənə olan ehtiyacımın miqyasını bilsəydin, əminəm, bu sözə hörmət edərdin. Sənə ehtiyacım var!
 Mən bu sözləri Sənin də ciddi ünsiyyətə ehtiyacın olan vaxtı yazıram. Söhbətdən qaçsan da, duyuram ki, ünsiyyətə, danışmağa, ağlayıb boşalmağa gərəyin var. Özü də heç vaxt olmayan kimi. Əsl səbəbini bilməsəm də... 
Sənə duyduğum istəyin qaynağını bilmirəm. Bir onu bilirəm ki, sənlə söhbətə gələndə elə bil yuyunub gəlirəm, namazdan əvvəl dəstəmaz alanlar kimi. İçimin kiri, pası da təmizlənir. Sənin qabağında ürəyim qat-qat açılır, görünməyən bir künc-bucağı qalmır. Bilirsən, bəzən adam istəmədiyi, xoşlamadığı işlə məşğul olur. Amma əsl faciə odu ki, sən istəmədiyin, xoşlamadığın ömrü yaşayırsan. 
Bakıda sürətlə uğur qazandım. Çox bağlı qapıları açmağıma xanımımın ailəsi kömək elədi. Onunla tələbə vaxtı tanış oldum. Çox tez ünsiyyət qurduq, sonra bu, sevgiyə çevrildi. Sosial statusumuz çox fərqliydi. Onun babası məşhur inqilabçılardan olub. Atası respublikada o yüksək vəzifə yox idi işləməsin. Bir sözlə, ali təbəqənin adamlarıydılar. Onun qohum-əqrəbasıyla mənimki tutmurdu. Hamısından zəhləm gedirdi. Mənə yad idilər. Heç birinə fikir vermirdim. Məni yalnız onun sevgisi maraqlandırırdı. O, təkid etməsəydi, dirəniş göstərməsəydi, evliliyimiz də baş tutmayacaqdı. Sonra illər keçdikcə onların iradəsi altında yaşadığımı anladım. 
Evliliyimizin ilk illəri təlatümlü dövrə düşdü. Doxsanıncı illərin əvvəllərində baş verənlər böyük dəyişiklərdən, umudlardan xəbər verirdi. Dəyişiklik oldu ”“ həyatımızın altı üstünə çevrildi. Sonunda doğulduğum şəhər, böyüdüyüm dağ-dərə, umudunda olduğum azadlığı da itirdim. Müstəqillikdən sonra kommunist zümrəsi canharay dönüb demokrat oldu, yenidən ölkəyə yiyələndi. Tək ölkənin yox, elə bizim də taleyimizə sahib çıxdı. Qohumlarımın simasında bu eybəcərlikləri hər gün görməyə məhkum edildim. Gördüklərim içimi didib-dağıdır, məni zərrə-zərrə kiçildir, əridirdi. Adamın ən dəhşətli halı özünü sınmış, alçaldılmış, çarəsiz duyduğu halıdı...
***
Bu gecə gözüm elə hey Səni gəzdi. Gəlmədin ki, gəlmədin. Axtara-axtara qaldım, Səni tapmaq istədim, amma harda axtarım, bilmədim! 

“Görünmədin bir kimsəyə,
Çətin mən də tapım səni.
Qanadım yox uçum göyə,
Göy üzündə tapım səni.

Bir buludun üstündəmi,
Göyə qalxan tüstüdəmi,
Məsciddəmi, kilsədəmi,
Hansı dində tapım səni?
Mən bu Allahsız ölkədə
Azmışam yolu bəlkə də.
Hansı dalanda, döngədə,
Hansı tində tapım səni?
Kim bilir, necəsən, necə!?
Kim bilir, bəlkə bu gecə
Sən idin qapımdan keçən,
Tanımadı qapım səni”x9d 
Qaçma məndən, xahiş edirəm!

Qadın: Salam, mənim uşaq kimi küsəyən əzizim. Canım mənim, niyə səndən küsüm ki? Ara-sıra məni danışdırmaq üçünmü deyim, ya qıcıqlandırmaqdan ötrümü, düzünü desəm, bilmirəm, amma istənilən halda məndən cavab almaq üçün sərt sözlər göndərmisən mənə. Bunu sənin xasiyyətin bilmişəm. Lakin son iki mesajında artıq ultimatum verib məni açıq davaya çağırırsan. Sevdiklərimlə dava etmirəm, bu zəif yerimi bilib üstümə əlisilahlı gəlirsən!
Sənə olan münasibətim günbəgün dəyişir, daha da dərinləşir. Amma bəzən səbirsiz, dözülməz olursan... Qəlbinə fikir ver, yad duyğular girməsin. Məni axtarmaq lazım deyil, mən yalnız bir yerdəyəm. İssık-Kul sularında Ayın əksi düşən səhnədəyəm, sən qurduğun səhnədə. Gəlinlik gərdəyində aşiqini gözləyən məşuq kimi gözüm qapıdadır...
Yazmadığıma, demədiyimə baxma! Hərdən elə fikirləşirəm ki, Allahım yaşatdığı acıların əvəzi kimi göndərib səni mənə. Məni fikir xaosundan, acı duyğuların burulğanından qurtarmaq üçün gəlmisən. Amma birdən də məndən imdad diləyən birinə oxşadıram səni. Məndən ha! Saman çöpündən! 
Həyatımın mənası iki doğmam haqda yazmışdım sənə. Bacım, ərim haqda. Həyatımı mənasız bir insan ömrünə də elə onlar çevirdilər. Təsadüfən yataqda tutdum onları. Sən demə xeyli müddət imiş görüşdükləri. Üzümə gülə-gülə mənə xəyanət elədilər. Ən doğma iki adamı bir gündə itirmək, özü də xəyanətə görə itirmək çox ağır zərbə oldu mənə. Yaşadığım şok məni elə bir quyuya saldı ki, çıxılması mümkünsüzdü. Depressiyam uzun sürdü. Xəstə yatdım aylar uzunu. Sonra eşitdim ki, İstanbula köçüblər... Niyə danışıram bunları sənə, özüm də bilmirəm! Amma sənə də deməyib, kimə deyəcəyəm ki... Özün də bilmirsən nə qədər doğma adama çevrilmisən...
Rəssam: Elə hiss edirdim ki, həyat bu qıza sərt silləsini çəkib. Ürəyimə dammışdı. ...Gənclik illərimizdə ağıllı, oxumuş, eyni zamanda həyatın acısını dadmış qızların bir obrazı vardı: dərin düşüncəli baxış, bir qədər hüznlü çöhrə, asta yeriş, uzun qara palto və ən əsası, şəvə kimi qara saçlardan aydın seçilən ağ tellər. Çoxları bunu dəb kimi qəbul eləyirdi, birinə yaraşsa da, o birinə yaraşmırdı. Bu obraza şeirlər də yazılırdı. Elə bil belə qadın tipi bizə Baltik ölkələrindən gəlmişdi. Mənə elə gəlirdi ki, bu qadın obrazını Raymond Paulsla Alla Puqaçova öz mahnılarıyla birgə yaradıblar. Bilmirəm!
Səndə bu obrazın cizgilərini görürəm. Amma Sən kədərli görünmək istəyən yox, onu yaşayan, keçirdiyi acıları bütün varlığı ilə gizlətməyə çalışan qadınlardansan. Kədər insan qəlbini görən teleskopdu, hüceyrələri görən mikroskop kimi. Mən Səndən gözümü yayındırmıram. Gözlərindən axan acı sellər qəfil oldu deyə gözlərim onun qəbuluna hazır deyildi bəlkə də. Günəşin şüa selinə baxa bilməyən gözlər də belədi. Bu qədər kədərlə gözün günəş parlaqlığını belə saxlaması möcüzədi. Sənin gözlərin günəşin təzəcə doğulan çağıdı, bala günəşdi sanki. Sənin mahiyyətin bu fotolardan baxan bir cüt günəşdədi, məni sehrinə bürüyən, üstümü örtən baxışlarındadı.
Sənə Sənin acı günlərində rast gəldim, başa düşmədimsə, bunu laqeydlik bilmə! Başqalarının acısı uzaq, soyuq olur, sönmüş ulduzlar kimi uzaq və soyuq. Sənə yaxın gəlib uzağı yaxın eləmək, soyuğu isitmək istəyirəm. Hər şeydən uzaqlaşdığın bir vaxtda tanımadığın, çatda təsadüfən rastlaşdığın birisinin bir-iki ay sicilləmə mesajları Sənin hələ soyumayan, qaysaq tutmayan yarana məlhəm ola bilməz. Bəlkə də usandırıb bezdirər. Mən bunu indi başa düşürəm. Bir şeyi anladım bu gecə, sənə ərkyana, atmacalı ifadələr yox, isti, ana qucağıtək təhlükəsiz, qayğısız yer lazımdı. Sənə hər şeyi unutmaq lazımdı. 
”¦Sənə qadın olmaq lazımdı. Sənə “işgüzar qadın”x9d yox, sadəcə qadın olmaq gərəkdi. Kişini qadın kişi elədiyi kimi qadını da kişi qadın eləyir. Mənim Qadınım da belədi. Kəpənək qanadları tək incə, zərif”¦ Sevgisi yolunda Sibirədək gedən dekabrist xanımları kimi mübariz, vəfalı, aydın düşüncəli və gözəl.
Mən səni belə gördüm, duydum, tanıdım”¦
Qəlbindəki yaran çox dərindi, bilirəm. Hələ desən, özündə bu qədər güc tapıb ayaqda qalmağına mat qalıram. Sən bunları mənə yazmaya da bilərdin. Görünür, Sənin etibarını qazanmışam. Yara sarımağı bacarmıram, məndə əksinə alınır. Çibanı basıb irini çıxarıram. Çox incitsə də, sonunda sakitləşir... 
Qadın: Bilmirəm nə yazım. Mənə elə gəlirdi, artıq sənin üçün tam aydınam. Amma görürəm məni düz anlamamısan. Tənha deyiləm, bilsən qəlbimdə nə böyüklükdə istək daşıyıram”¦ Beynimdə nələr var”¦ Bir bilsən”¦ İnsan sevməyi bacarmalıdır. Yanında olmayanları da, lap tanımadıqlarını belə, yoldan keçəni belə. Bilirsən, səni də sevirəm. Anlaya bilmədiyim fərqli bir hisslə. Bunu çəkinmədən deyirəm: sənə ehtiyacım yoxdur, amma sən olmasan, üzülərəm”¦ Əslində heç kimə ehtiyacım yoxdur, amma o “heç kimlər”x9d olmasa üzülmərəm. Qollarımı bir də yana açmağı bacararam, qoynuma aldığımı isə daha buraxmaram. Orxideya gülü şikarını tutduğu kimi. Bağrında boğub öldürsə belə buraxmadığı tək. Bunun adı sevgidir, vərdişdir, ya asılılıqdır, daha orasını bilmirəm. Nədir, orxideyanın qurbanımı olmaq istəyirsən!? Çalış müvazinətini itirib ora düşmə”¦ ÖLƏRSƏN!
Rəssam: “Sənə ehtiyacım yoxdur!”x9d yazırsan. Bunu bildim, amma “heç kimə ehtiyacın olmaması”x9d nə deməkdi?! Dünyada canlı-cansız hər şeyin nəyəsə, kiməsə ehtiyacı var. Yer olmasa, Ay neylərdi? Çoxdan orbitindən çıxıb məhv olmuşdu. Daş daşlığıyla belə torpaqsız heçdi. Heç kimə ehtiyacı olmayan yoxdu. Tanrının da kiməsə ehtiyacı var, inan! Bilirsən Tanrının kimə ehtiyacı var? Bəndələrə! Ehtiyacı olmasaydı, yaradardımı onları”¦
“Sevgi”x9d, “vərdiş”x9d, ya “asılılıq”x9d. Bunların yaşı bəşəriyyətin yaşı qədərdi. Həvvanın Adəmə sevgisi vərdişə çevrilmədimi? Belə olmasaydı, onun yadına meyvə düşərdimi heç? Sevginin vərdişə çevrilməməyinin yalnız bir yolu var ”“ ÖLÜM! Ən sadiq sevgi kəpənəyin həyata sevgisidi. Bir gün yaşayır, amma bir günlük ömrünü həyat eşqiylə uçur.
Orxideya çox gözəldi, cəlbedicidi. Bəzən adam elə belə yerdə, orxideyanın qoynunda, onun ləçəkləri arasında ölmək istəyir. Bundan bəxtəvər ölümmü var? 
***
Qadın: Salam, əzizim! İnşallah yaxşısan. Bəlkə də məndən inciksən, haqqın var. Son zamanlar məni çox “merak”x9d edirsən, əndişələnirsən mənimçün. Bilirəm, bu artıq çatda yaranan sıradan bir söhbətin davamı deyil, bu, insanın qəlbində cücərən maraq və o marağın törətdiyi fəsadlardır. Sənə ehtiyacım yoxdur, lakin mənə lazımsan yazmışdım. Bilirsən, adını unutduğum bir xalq var, onlar kişiləri altuna, qadınları isə paltara bənzədirlər. Yəni kişilər istənilən halda, hər zaman dəyərlidirlər, lakin qadınlar əlbisə tək işləndikcə dəyərdən düşürlər. Sən mənim üçün zinət əşyası deyilsən, sən mənim qəlbimdən xəbər verən səssən, sənə ehtiyacım yoxdur, çünki qəlbimdə nə baş verdiyini özüm də bilirəm. Mənə lazımsan, çünki qəlbimdə hələ də sevgi olduğunu unutmağa qoymursan. Həyat hər zaman bizi gözləmədiyimiz anda yaxalayıb zərbəsini vurar, nə qədər zalım olduğunu anladar.
Adəmlə Həvvanın sevgisindən yazdın. Yaxşı ki, onun günahını yada salmadın. Axı siz kişilər Həvvanın günahını biz qadınların boynuna biçdiniz. Cənnətdən qovulmanın bədəlini min illərdir bizə ödədirsiniz.
Nəysə, yenə filosofluğa başladım. Məndən inciməmisən?
Rəssam: Səndən inciməkmi olar?
Qadın: Niyə də yox? Sonucda mən də bəndəyəm. Bəndə günahsız olmaz.
Rəssam: Bəndə olanda inciyərəm. Hələ mələksən.
Qadın: Olmaya sən də cənnətə, onun mələklərinə inanırsan?
Rəssam: İnanmaq istərdim, amma...
Qadın: Dinlərin cənnəti ürəyinə yatmırsa, özün ayrı bir cənnət qur xəyalında... Deistlər kimi Tanrını dindən kənarda görürsən.
Rəssam: Eynən elə. Tanrıya tapınmaq üçün kiminsə köməyinə gərəkmi var?!
Qadın: Amma səmavi dinlər öz kitablarında ilahi hökmlərin Allahdan gəldiyini yazır. Bizim dinimiz son göndərişdir, demək, dinlərin ən kamilidir.
Rəssam: Xristian dini yunan və Roma kimi əzəmətli mədəniyyətin, islam isə bədəvi ərəb ənənəsi üzərində bərqərar olub. Bu fərqlilik günümüzdə belə özünü aydın göstərir. 
Qadın: İslamın sərhədləri böyüyəcək, gələcək onundur ”“ onun Quranı var!
Rəssam: O vaxt mən olmayacam... Mən Tanrını insan yaradan halıyla sevirəm, sonrakı hadisələr mənə maraqlı deyil. Nəysə”¦ Sabah gənc bir dostumun sərgisidi. Maraqlı əsərləri var, bəzilərini görmüşəm. Saat üçdə İçərişəhərdəki qalereyada olacam, gəlsən, sevinərəm. Sonra bir müddət olmayacam. Gələn həftə uzaq bir səfərə çıxıram. Braziliyada beynəlxalq bir sərgidə mənim də rəsmlərim nümayiş olunacaq. Açılışına gedəcəm.
Qadın: Səfərin uğurlu olsun. Özündən muğayat ol, mənim tacir dostum, rəsm bazarında qaraçı qız əl uzatsa, heç nə vermə, baxma da, yoxsa sehrinə düşüb orda qalarsan. Qayıt gəl! Qayıdanda mütləq görüşəcəyik. Son kərə söz verirəm! Sənə sözüm olacaq, YALNIZ SƏNƏ! Mənə çox lazımsan!!! İmza: sənə əl açan qaraçı qız!

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO