“Bəhlül” rolu mənə təklif edilmişdi, varlı olduğu üçün istəmədim" - FOTO

“Bəhlül” rolu mənə təklif edilmişdi, varlı olduğu üçün istəmədim" - FOTO

Hazırda oxunan: “Bəhlül” rolu mənə təklif edilmişdi, varlı olduğu üçün istəmədim" - FOTO

627900

“Aşk-ı Memnu”da “Behlül” rolu ilk dəfə mənə təklif olunmuşdu. O vaxtlar bir-birinin ardınca varlı obrazları canlandırırdım. Bir daha oxşar tipli obrazları canlandırmaq istəmirdim, ona görə də təklifi qəbul etmədim. Bunun əvəzinə “Canım Ailəm” serialını seçdim. İmtina etdikdən sonra rol Kıvanç Tatlıtuğa keçdi. Daha sonra “Behlül” obrazı televiziya tarixinin ən unudulmaz rollarından birinə çevrildi”.

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur türkiyəli aktyor Ozan Güven qonaq olduğu bir verilişdə deyib.

O bildirib ki, bu rol Tatlıtuğdan əvvəl ona təklif olunub.

O, roldan imtina etməsinin səbəbini həmin vaxt ard-arda varlı obrazları canlandırmaq istəməməsi ilə əlaqələndirib.
 
"Sadəcə olaraq yenidən varlı bir insanı canlandırmaq istəmədim. Maddi durumdakı fərq məni "Canım Ailəm" serialındakı obrazı oynamağa vadar etdi".

Qeyd edək ki, bir zamanlar Türkiyənin reytinqli serialı olan "Aşk-ı Memnu" 2008-2010-ci illərdə “Kanal D”də yayımlanırdı.

Bu gün də serialın təkrarları böyük maraq doğurur və "Behlül" obrazı Kıvanç Tatlıtuğun karyerasında böyük bir irəliləyiş yaratdı.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO