Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO

Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO

Hazırda oxunan: Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO
627904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Sərbəst qəbulun aparılacağı ümumi təhsil müəssisələri bunlardır:

• Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;

• Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;

• “Zəngi” liseyi;

• Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

• 132-134 nömrəli Təhsil Kompleksi.

Qeyd edək ki, 1-ci sinfə elektron qəbul prosesi müvafiq qaydalara uyğun olaraq davam etdirilir.

Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO