Rusiya ABŞ-la Suriya üzrə danışıqlar aparmağa razılaşdı

Rusiya ABŞ-la Suriya üzrə danışıqlar aparmağa razılaşdı

Hazırda oxunan: Rusiya ABŞ-la Suriya üzrə danışıqlar aparmağa razılaşdı

99989
ABŞ Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən Pentaqonun Suriyada hava məkanının təhlükəsizliyinin təminatına dair təklifə rəsmi cavab alıb

Bu barədə Amerika Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk bildirib.

Tərəflərin hərbi uçuşlar zamanı münaqişəli vəziyyətlərdən qaçınmaq üçün fəaliyyəti müzakirə edəcəkləri gözlənilir.

“Pentaqonda Rusiyanın cavabını öyrənirlər, danışıqlar çox güman ki, istirahət günlərindən gec olmayaraq keçiriləcək”x9d, - Kuk dəqiqləşdirib.

Pentaqon oktyabrın 6-da Moskvanı Suriyanın hava məkanında qarşılıqlı fəaliyyətinin razılaşdırılmasına dair göndərilən sorğuya təcili cavab verməyə çağırıb. Həmin gün Rusiyanın Müdafiə naziri İŞİD ilə mübarizə üzrə Beynəlxalq koalisiyaya daxil olan ölkələrin hərbi attaşelərinə Suriyada yaraqlıların yerləşdiyi rayonlar barədə kəşfiyyat məlumatlarını təqdim etməyi təklif edib. Amma Vaşinqtonda bu ideyaya skeptik yanaşıblar. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO