Səudiyyə Ərəbistanın şeyxi şeytanı VİP daşlaylb  - VİDEO

Səudiyyə Ərəbistanın şeyxi şeytanı VİP daşlaylb - VİDEO

Hazırda oxunan: Səudiyyə Ərəbistanın şeyxi şeytanı VİP daşlaylb - VİDEO

98176
Sentyabrın 25-də Məkkədə şeytanı daşlama zamanı Mina dağında yaranan izdihamla bağlı yeni versiya ortaya atılıb.  

Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, şeytanı daşlama zamanı həmin əraziyə bahalı bir avtomobil də daxil olub. Həmin avtomobilin Səud şeyxlərindən birinin oğluna məxsus olduğu bildirilir.   
Videodan da göründüyü kimi, həmin şəxs avtomobilini tərk etmədən, kondisioner altında rahat əyləşərək lyukdan şeytanı daşlayır. İnsafən demək lazımdır ki, şeyx oğlu həmin mərasimi icra edərkən dini ayini yerinə yetirmək üçün lazım olan sözləri deyir.  
   İddiaya görə, Mina dağında yaşanan faciənin səbəblərindən biri də bu kadrlardakı şeyx oğlunun yaratdığı sıxlıqdır.  

 Qeyd edək ki, Minada rəsmi olaraq 769 hacının ölümünə səbəb olan sıxlığın yaşanması ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Faciənin səbəbləri sırasında kral oğlunun xüsusi mühafizə altında maşın karvanı ilə Mina dağına gəlməsi və bu zaman yolların bağlanmasının böyük sıxlıq yaratdığı da göstərilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO